+++ to secure your transactions use the Bitcoin Mixer Service +++

 

Axtar
Axtar
www.azpress.az BVAZ?RBAYCAN PRESS VIDEO-FOTO FAKTORU JURNALI Youtube Twiter facebook Home E-mail
AZ EN RU
AzpressTV
QUSAR MƏNZƏRƏLƏRİ - Foto: WWW.AZPRESS.AZ_Tahir Cəfərov
ƏN ÇOX OXUNAN
VƏ BAXILAN
XƏBƏR  LENTİ:      AZ  +  RU
Bakıda vergi ekspertlərinin 7-ci illik Avrasiya seminarı işə başlamışdır
Beynəlxalq Bioetika Komitəsinin 18-ci sessiyasının Azərbaycanda keçirilməsi ölkəmizdə elmə verilən diqqəti əks etdirir
AİDP-nin sorğusu ortalığa şok vəziyyət çıxarıb
“İlk Addımlarım”
““Eurovision-2012”nin keçirilməsi üçün yeni konsert kompleksi tikilməlidir”
Вечер в РИКЦ и показ фильма, посвященные 90-летию кинорежиссера Григория Чухрая
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Beynəlxalq Təşkilata üzv olmuşdur…
\"Zirvə\" konserti başlayır
Maybach готовит «малыша»
Hyperkin PS3 Remotext: пульт д/у, клавиатура и геймпад в одном флаконе
Нацбанк Белоруссии девальвировал национальную валюту
Səbail rayonunun 132-134 saylı Təhsil Kompleksində təntənəli “Son zəng” tədbiri keçirilmişdir
YUNESKO-nun Bioetika üzrə Beynəlxalq Komitəsinin 18-ci sessiyasının Bakıda keçirilməsi Azərbaycan üçün əhəmiyyətli hadisədir
Bakıda YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin 18-ci sessiyası öz işinə başlamışdır
Uşaqlara kino hədiyyəsi
Arxivə bax >>>
Sorğular:
Sizcə, XƏSTƏLİKLƏRİN ƏSAS SƏBƏBİ nədir ?
stres-əsəb gərginliyi
səhv həyat tərzi
pis ekologiya
nəməlum mənşəli ərzaq
irsi xəstəlik
pis səhiyə proflaktikası
öz sağlamlıqına laqeydlik
yuxusuzluq
təxribatlar
başqa səbəblərdir
Ümumi səslər : 449
Türkiyə ilə Ermənistan arasında olan sərhədıərin acılmasina munasibetiniz?
dosta və qardaşa xəyanət
düşmənə kömək
çox pis ideyadı
təxribatdı
mənim ucun fərqi yoxdur
müsbət
Ümumi səslər : 1971
Sevimli TELEVİZİYA kanalı
XƏZƏR
İCTİMAİ
LİDER
SPACE
ANS
AzTV
ATV
Peyk və pullu TV kanallar
yerli rayon və şəhər TV kanalı
TV -yə BAXMIRAM
Ümumi səslər : 2334
Reklamlar
Namaz təqvimi
2 Iyun
Sübh namazı :04:12
Güneş çıxır :06:12
Zöhr namazı :13:39
Meğrib namazı :21:31
Gece yarısı :00:38
Ağdam+12, Astara+3
Şabran+3, Şirvan+4
Gəncə+14, Qazax+18
Quba+6, Lənkəran+3
Naxçıvan+17, Ordubad+15
Sabirabad+6, Sumqayıt+1
Şamaxı+5, Şəki+10
Şuşa+13, Yevlax+10
Zaqatala+13
Statistika
» Hit............16562
» Onlayn....1073
» Gün.........12817
» Dünən....51338
» Ümumi...2205155
DÖVLƏTCİLİK TARİXİ
Cümhuriyyət hökuməti Qafqaz İslam Ordusunun xilaskarlıq missiyasını yüksək qiymətləndirirdi
Tarix: 29-5-2011 // saat: 01:54Oxunub : 344   DÖVLƏTCİLİK TARİXİ
Azərbaycan Xalq Cümhuriyyəti elan olunandan sonra beynəlxalq xarici qüvvələr onun devrilməsi üçün bütün imkanlardan...
Facebook SİFARİŞİNİZİ VERİN...
Şirift Plus Minus
Azərbaycan Xalq Cümhuriyyəti elan olunandan sonra beynəlxalq xarici qüvvələr onun devrilməsi üçün bütün imkanlardan istifadə etməyə çalışarkən Osmanlı Türkiyəsinin göstərdiyi hərbi və siyasi yardım milli dövlətçilik taleyimizin həllində mühüm rol oynadı. Ona görə də Bakının işğaldan azad edilməsindən sonra bu münasibətlə ölkəmizdə şadyanalıq keçirilməyə və minnətdarlıq tədbirləri təşkil edilməyə başlandı.
Onların içərisində oktyabrın
10-da (1918) Bakıda Nuru Paşanın şərəfinə verilən təntənəli rəsmi ziyafət mərasimi diqqəti xüsusilə cəlb edir. Həmin ziyafətdən "Azərbaycan" qəzetinin 13 tişrini-əvvəl (oktyabr) 1918-ci il tarixli nömrəsində "Ə" imzalı və "Nuru Paşa həzrətləri şərəfinə böyük bir ziyafət" başlığı ilə verilmiş reportajdan məlum olur ki, Bakının yay klubunda tədbir münasibətilə "klubun içi və dəhlizləri gözəl və pürqiymət xalılar ilə döşənmiş, divarları dəxi ay-ulduzlu al bayraqlarla bəzədilibmiş". Bundan başqa, "yuxarıda böyük musiqi orkestri, aşağıda da həm Osmanlı, həm də Azərbaycan türklərinə məxsus milli sazəndə və xanəndələr tərənmümsaz" imişlər. Tədbirdə "hökumət əhlindən ümum nazirlərimiz baş nazir ilə bərabər, şəhərimizin bütün böyük məmurları, ümum zabitan əfəndilər, İran konsulu cənabları, ziyalılarımız, böyük tacirlərimiz və sair əyan-əşraf" iştirak etmişdir. Nuru Paşanın salona gəlişi musiqi sədaları və məclis əhlinin səmimi alqışları ilə qarşılanmışdır.
Ziyafətdə birinci olaraq baş nazir Fətəli Xan Xoyski gözəl bir nitq söyləyərək Azərbaycan türklərini əsarət zəncirindən qurtarmaq üçün Qafqaz İslam Ordusunun kifayət qədər şəhid verib qan tökməsinə yüksək qiymət vermiş, "Bu qan və bu qan tökülən mübarək yerlər heç bir vəqt unudulmaz və xatirdən çıxmaz" deyə Azərbaycan türkləri adından Nuru Paşaya təşəkkür edib qədəh qaldırmışdır. Məclis əhli Paşa həzrətlərinin şərəfinə böyük bir şadlıqla "şərbətnuş etməklə" Fətəli xanla həmrəyliklərini ifadə etmişdir.
Məqalənin müəllifi haşiyə çıxaraq cümhuriyyətdən əvvəl Bakıda hakimiyyəti ələ almış Mərkəzi Kaspi hökuməti zamanında Suxarçevin yerli müsəlman əhalisinin düçar olduğu həqarət, zülm və zillət üzündən onların məhzun çöhrələrini, qısa zaman içərisində ağarmış saç-saqqallarını diqqətə çatdırır. Müəllif onu da xatırlayır ki, təqribən bir il əvvəl bu salonda özlərinin siyasi və insani hüquqlarını tələb edən azərbaycanlıları "bolşevik Suxarçev, Nikolay Romanova məxsus bir hakimi-müstəbid vəziyyəti alaraq" kəskin qəzəb və hiddətlə "Bakıda daşı daş üstə qoymaram!" deyə meydan sulayarkən Milli Şuranın rəisi Məhəmməd Əmin Rəsulzadə ona belə cavab vermişdi: "Əvət! Biz istirdadi-hüquq yolunda mübarizə edəriz, nəticədə bizə ya istiqlaliyyətimiz qalar, ya uçurulmuş daşlar. Fəqət, əmin olunuz, müvəqqəti müvəffəqiyyət sizin üzərinizdə olsa da, daimi zəfər bizimdir!"
M.Ə.Rəsulzadə mərasimdəki çıxışında həmin anları xatırlayıb Nuru Paşanın şərəfinə bəzədilmiş salona işarə ilə deyir: "Əvət! Əgər Suxarçev bu axşam klub salonuna bəznəzər yetirib də bu al bayraqları, bu şanlı komandanları, bu qəhrəman zabitləri, bu cəsur əsgərləri, bu bəşaş və bəxtiyar çöhrələri görsə idi, hədəsinin nə qədər gülünc və bica olduğunu özü də etirafa məcbur olardı".
Məclisdə, müəllifin təqdim etdiyi kimi, nitqini hamının böyük ehtiram və intizarla gözlədiyi "möhtərəm zat, sevgili ustadımız Əhməd bəy Ağayev" də iştirak etmişdir. Onun çıxışındakı "bən Bakını İstanbulda və İstanbulu Bakıda görüb və özümü o qədər bəxtiyar görürəm ki, daha ölsəm, ol qədər də qəmim yoxdur, dünyadan kam almış gedərəm" sözləri öz səmimiliyi ilə eşidənləri də bir an bəxtiyarlığa qərq edir...
Bütün bu çıxış və alqışlara cavab olaraq, nəhayət, Nuru Paşa cavab nitqi söyləmişdir. "Bu qədər nitq və alqışlara cavab olaraq Nuru Paşa həzrətləri gözəl İstanbul şivəsilə ruhumuza ləzzət verən və məzmunca qəlbimizi bir taqım əndişələrdən təmiz qalmaqla sürur və şadimani-binəhayətimizi mövcib olan qayət bəliğ və səlis bir nitq iradilə məclis əhlini şərəfyab və minnətdar buyurdular.
Bu nitqin təsiri öylə idi ki, hər kəsdə gələcəyə artıq əndişəsiz bir nəzər əmələ gəlib kəndində böyük bir ümid, yüksək ruh hiss edərək xoşbəxt və xoşvəqt bir hal ilə bir-birini təbrik edib məclisə xitam verdilər".
Azərbaycan xalqının və hökumətinin Qafqaz İslam Ordusunun xilaskarlığına qarşı sonsuz sevgi və minnətdarlıq duyğularının başqa bir yazıda - "Azərbaycan" qəzetinin 20 tişrini-əvvəl 1918-ci il tarixli nömrəsində "Hacı Əhməd Paşanın Bakıya vürudu" başlıqlı xəbərdə də görürük. Həmin xəbərdən məlum olur ki, Qafqaz İslam Ordusunun Baş komandanı Nuru Paşa və Ənvər Paşanın atası Hacı Əhməd Paşa bir neçə gün əvvəl xüsusi qatarla Bakıya gəlmişdir. Hörmətli qonağı qarşılamaq üçün "Azərbaycan hökumətinin daxiliyyə naziri Behbud bəy Cavanşir və hökumət kontrolu Əbdüləli bəy Əmircanov" Ələt stansiyasına getmişdir. Bakı vağzalında isə Hacı Əhməd Paşanı "şəhər əhalisi tərəfindən bələdiyyə idarə nümayəndələri pişvaz etmişlərdir. Bələdiyyə idarəsi rəisi əvəzində M.Ə.Mehdiyev və islam əhalisi nümayəndələri möhtərəm müsafiri təbrik nitqləri ilə müraciətdə bulunub, əsgəri qətət isə bu möhtərəm müsafiri musiqi ilə qarşılamışlardır".
Hacı Əhməd Paşa oğlu Nuru Paşanın Bakıdakı qərargahına getmişdir.
Bütün bu materiallarda təsvir olunmuş rəsmi və təntənəli qəbullar, həmin mərasimlərdəki çıxışların məzmunu və ruhu Azərbaycan və Türkiyə türklərinin mənəvi birliyinin bariz nümunəsi kimi diqqətəlayiqdir.

Alxan BAYRAMOĞLU,
filologiya elmləri doktoru,
professor
Hörmətli oxucu, MƏQALƏYƏ MÜNASİBƏTİNİ YAZ : *
Sayı : (0)
Adınız
E-poçt ünvanınız
Rəy əlavə et
Cod
* (Hörmətli OXUCU!
1. Təqdim olunan materiala münasibətinizi əks etdirən qeyd və məqaləni aşağıdakı foruma daxil olmaqla yerləşdirə bilərsiniz.
2. Daha geniş material yerləşdirmək fikriniz varsa, AZPRESS-Blogsadaxil olub, blogs-səhifənizi açin ve müntəzəm olaraq çıxışlarınızı, fotoreportajlarınızı təqdim edin ... )
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən   WWW.AZPRESS.AZ   saytına istinad zəruridir !
**********************************************************************************
                                                                    D İ Q Q Ə T !  
 Bizim  ELEKTRON  FOTO İNFORMASİYA AGENTLİYİNİN 
  xidmətləri  sırasına  aşağıdakılar   daxildir:
1.     Müxtelif növ tədbirlərin: təqdimat, seminar, ğörüş, konfransların foto-video çəkilişi və istəyinizlə saytımizda və digər  informasiya  vasitələrində yayımının təşkili.
2.     Müxtəlif  tip video-foto  albomların və sujetlərin hazırlanması;
3.     Video-foto montajlar ;
4.     Şirkət, təşkilat, fiziki şəxslər üçün foto və video arxivlərin  yaradılması,  Sizin isteyinizle qorunub saxlanılması təminatı ;
5.  Veb saytların yaradılması, dizayn və proqramlaşdırılması və texniki təminatla təchizatı, flash bannerlərin yaradılması həmçinin kompaniyanın firm stilinin hazırlanması və qrafik işlərin görülməsivə : ( daxil ol >>> “Azpress Veb studiyası” )
6. Bütün növ poliqrafiq xidmətlər
7.     Foto-video reklam xarakterli çəkilişlər və onların  yayımlanması;
8. Reklam xarakterli  foto-video reportajların hazırlanması və mətbuata-kütləvi informasiya  vasitələrində yerləşdirilməsi;
 9.     Fotosərgilər,müsabiqələr, təlimlər və bu kimi proyektlərin həyata kecirilməsi
10.   Təşkilat və şirkətlərin fəaliyyəti  haqqinda tanıtım filmlərinin hazırlanması;
11.    Video-foto materiallardan ibarət DVD və CD  disklərin hazırlanması
 Siz bizim fotomüxbirləri istifadə etməklə maraqlı və peşəkarca çəkilmiş fotoşəkilllərin CD və ya çap olunmuş versiyalarını əldə edəcəksiniz    eyni zamanda Sizin istəyinizlə bu cəkilişlər  bizim elektron foto informasiya saytında yerləşdirilərək,yayimlana bilər
 
               Telefonlar: +  99450 331 1111                      azpress.az@mail.ru
                                             +  99412  417 60 97                    WWW.AZPRESS.AZ  
 
******************************************************************************
 
Saytında  SiZiN  ŞƏXSİ  SƏHİFƏNİZ:
Arzu edən hər bir şəxs bizim saytda öz ŞƏXSi  SƏHiFƏsini aça bilər. Bunun üçün Siz bizim  WWW.AZPRESS.AZ  saytınınAzpress BLOGS reklam banerinə girərək qeydiyyatdan keçməlisiniz. (Bu xidmətdənistifadə  pulsuzdur! )
1.Oz səhifənizdə, Siz jurnalist-müxbir materiallarınızı, foto-reportajlarınızı, fotoda, rəssamlıqda və başqa sahələrdəki işlərinizin və nailiyyətlərinizin prezentasıyasını,dost-tanışa çatdırmaq istədiyiniz fikirlərinizi, ətrafınızda və cəmiyyətimizdə baş verən hadisələrə münasibətinizi, öz bədii yaradıcılığınızı, şeir ve  müxtəlif yazılarınızı, həmçinin özünüz haqqında biblioqrafik yazılarınızı və s. bu kimi  materiallarınızı  yerləşdirə bilərsiniz;
2.Materiallarınız  mətn və foto-görüntülərdən ibarət ola bilər. Fotolar 40 ədədə kimi, hər biri 50 kb-dən artıq olmamalıdır;
3.Mətnlər azərbaycan, ingilis və rus əlifbası latin şriftinə uyğun gələn dillərdə ola bilər;
4.Öz səhifələrinizəyerləşdirəcəyiniz materiallar hər 6 saatdan bir redaksiyanın redaktorluğu tərəfindən aktivləşdiriləcək. ( Əvvəlcədən xəbərdar edirik ki, qanunvericilikdə nəzərdə tutulan tələblərə zidd olan materiallar aktivləşhdirilməyəcək! );
5. Jurnalist-müxbir xarakterli materiallarınız daha geniş maraq kəsb etsə, redaktorluq onları WWW.AZPRESS.AZ  saytının ana səhifəsində ayrıca məlumat kimi təqdim edilə biləcək;
Azpress BLOGS-un  ünvanı: