Sərnişin

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç

Sərnişin (fr. passager[1]) — ekipajın üzvü olmayan və nəqliyyat vasitəsində şifahi və ya yazılı müqavilə ilə daşınan şəxs.

Sərnişinin müqavilə ilə daşınması gediş biletinin alınması və baqaja qəbzlə onun yükünün təhvil verilməsi ilə müşayiət olunur. Biletlə hərəkət edən sərnişin bir qayda olaraq məcburi surətdə sığortalanır.

Bir qayda olaraq sərnişin özü ilə ödənişsiz şəkildə əl baqajı və körpə uşaq apara bilər. Gedişi ödəməyən sərnişin nəzarətçilər tərəfindən cərimə edilir.

  • Simmons, J. and Biddle, G. (Eds.): The Oxford Companion to British Railway History: From 1603 to the 1990s (Oxford: Oxford University Press, 1997)
  • А Касаткина, Статус пассажира в международном частном праве, диссертация
  1. Словарь иностранных слов, вошедших в состав русского языка.- Чудинов А.Н., 1910